“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

Məmmədli Tahir Hatəm oğlu

Doğum tarixi

1991: anadan olmuşdur.


Təhsil

2010–2014-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyası fakültəsini müvəffəqiyyətlə bitirmişdir.

Karyera

2015–2020-ci illər ərzində müxtəlif özəl şirkətlərdə menecer vəzifəsində çalışaraq idarəetmə bacarıqlarını inkişaf etdirmiş, komanda idarəçiliyi və sosial məsuliyyət sahəsində təcrübə qazanmışdır.

2021–2023-cü illərdə Azərbaycan Respublikası Təhsil İnstitutunda Təsərrüfat və texniki xidmət şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmiş, maddi-texniki bazanın gücləndirilməsi və səmərəli iş mühitinin formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir.

2023–2025-ci illərdə Sumqayıt Dövlət Universitetində Texniki təchizat departamentinin müdiri vəzifəsində çalışmış, infrastrukturun təkmilləşdirilməsi və idarəetmədə şəffaflığın artırılmasına xüsusi diqqət yetirmişdir.

2025-ci ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Həmkarlar İttifaqı Komitəsinin sədri və təşkilati məsələlər üzrə rektorun müşaviri kimi fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir, bir övladı var.